Bu gün pandmeiyadan sonra Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.
Bu barədə Modern.az-a Komissiya üzvü Əliməmməd Nuriyev bildirib.
Ə.Nuriyev iclasların videoformatda keçiriləcəyini diqqətə çatdırıb:
“Faktiki olaraq, Komissiyanın iclasları keçirilməklə sonuncu əfv sərəncamı 2019-cu ilin Novruz bayramında verilib. 2020-ci ildə ölkə rəhbəri tərəfindən verilən əfv sərəncamı isə pandemiya ilə bağlı 65 yaşdan yuxarı bir qrup şəxsi əhatə edirdi.
Bu səbəbdən də Komissiyaya hədsiz sayda müraciətlər daxil olub. Həmin müraciətlərin müzakirəsi və araşdırılması isə vaxt tələb edir. Hazırda Komissiyanın katibliyində həmin müraciətlərlə bağlı gərgin iş gedir.
Daxil olan müraciətlərin çoxluğu nəzərə alınaraq, iclasların keçirilməsi bərpa olunur. Novruz bayramı ərəfəsindən əfv sərəncamının imzalanacağı gözlənilir. Təbii ki, bu, ölkə başçısının səlahiyyətlərinə daxil olan məsələdir”.