Modern.az

Bölgələrdə əmlak alqı-satqısı “ölüb” 

Bölgələrdə əmlak alqı-satqısı “ölüb” 

16 Fevral 2021, 10:32

“Son karantin yumşaldılmalarına qədər turizm bölgələrində torpaq alqı-satqısı son on il ərzində ən minimum nöqtəsində olub”.

 

Bunu Modern.az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib.

 

N.İbrahimov qeyd edib ki, bazar faktiki olaraq, fəaliyyət göstərmədiyindən, qiymətlər barədə dəqiq məlumat yoxdur:

 

“Turizm bölgələri əsasən, respublikanın ucqar yerlərində yerləşir. Bunlar Lerik, Lənkəran, Quba-Qusar, Qəbələ-Qax-Balakən zonasıdır. Daxil olan məlumatlardan belə anlaşılır ki, həmin yerlərdə son karantin yumşaldılmalarına qədər torpaq alqı-satqısı son on il ərzində ən minimum nöqtəsində olub. Hazırda həmin bölgələrdə qiymətlərin dinamikası barədə konkret fikir bildirmək çətindir. İndi müəyyən yumşaldılmalar gedir və insanların tədricən o zonalara axını müşahidə edilməyə başlayıb. Hesab edirik ki, COVID-19 pandemiyası tamamilə yox olandan sonra o zonalar əvvəlki aktivliyini bərpa edəcək”.

 

Ekspertin sözlərinə görə, pandemiyaya qədər turizmin aktiv zonalarında 1 sot torpağın qiyməti 3 min manat təşkil edib:

 

“Söhbət boş ərazilərdən gedir. Amma fəaliyyət göstərən ərazilərin yaxın ətrafındakı qiymətlər daha yüksək olub. Ümid edirik ki, həyat tam normallaşdıqdan sonra bazarda canlanma olacaq”.

 

N.İbrahimov turizm bölgələrində torpaqların qanunsuz zəbt olunmasını istisna etməyib:

 

“Ölkəmizdə bu cür qanunsuzluqlara qarşı mübarizə aparılır. Amma bu barədə dəqiq informasiyalar müvafiq dövlət qurumlarındadır, bizdə belə məlumatlar yoxdur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu