Səhər saatlarından hazırki vaxtadək Ziya Bünyadov prospekti “20 Yanvar” dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, sıxlıq səbəbindən Qara Qarayev prospekti-“20 Yanvar” dairəsi və əks istiqamətdə hərəkət edən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranıb.