Modern.az

Sabir Rüstəmxanlı özünə yeni müavinlər TƏYİN ETDİ

Sabir Rüstəmxanlı özünə yeni müavinlər TƏYİN ETDİ

16 Fevral 2021, 12:59

Məlum olduğu kimi fevralın 14-də Vətəndaş Həmrəyliyi Partiyasının VIII qurultayı keçirilib. Qurultayda növbəti dəfə partiyanın sədri seçilən millət vəkili Sabir Rüstəmxanlı yeni sədr aparatını formalaşdırıb.

Modern.az xəbər verir ki, VHP sədrinin sərəncamı ilə Fəzail İbrahimli VHP sədrinin birinci (İdeoloji məsələlər üzrə) müavini, Samir Əsədli VHP Mərkəzi İcra Aparatının rəhbəri, VHP sədrinin Təşkilati məsələlər üzrə müavini, Elxan Mirzəyev VHP sədrinin Xarici əlaqələr üzrə müavini, Arif İsmayılbəyli VHP sədrinin Siyasi məsələlər üzrə müavini, Yusif  Salmansoy VHP sədrinin İctimai Təşkilatlar və Bələdiyyələrlə iş üzrə müavini və Nəsimi Şərəfxanlı VHP sədrinin Mətbuatla iş və İctimai əlaqələr üzrə müavini təyin edilib.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu