Modern.az

Müxalifət liderlərinin gizli görüşü - Paşinyanı devirmək üçün YENİ PLAN

Müxalifət liderlərinin gizli görüşü - Paşinyanı devirmək üçün YENİ PLAN

Dünya

16 Fevral 2021, 13:04

Ermənistan müxalifətinin liderləri Yerevanda gizli görüşüb keçirib.

Modern.az xəbər verir ki, ötən gün baş tutan görüşdə 6 lider – eks-prezidentlər Robert Koçaryan, Serj Sarkisyan, “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan, “Vətən” partiyasının sədri Artur Vanetsyan, “Daşnaksütyun” partiyasının liderlərindən olan İşxan Saqatelyan və müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyan iştirak edib.

 

Onların fevralın 20-də müxalifətin Yerevanın mərkəzində planlaşdırılan böyük mitinqi ilə bağlı müzakirələr apardığı xəbər verilir.

Tərəflər aksiyada maksimum sayda etirazçı toplamaq üçün bütün imkanlardan, o cümlədən maliyyə yardımlarından istifadə etmək barədə razılıq əldə ediblər. Onlar 20 fevral mitinqində insanların az sayda olmasının müxalifətin iflasına gətirib çıxara biləcəyini diqqətə çatdırıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir