Modern.az

Sabah Bakıda qar yağacaq

Sabah Bakıda qar yağacaq

16 Fevral 2021, 13:20

Fevralın 17-də  gözlənilən hava şəraiti barədə proqnoz açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətinin Modern.az-a verdiyi məlumata görə,  fevralın 17-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir  yağış yağacağı, gecəyə doğru yağışın sulu qara, qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.


Havanın temperaturu  Bakıda və Abşeron yarımadasında gecə və gündüz  1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət  80-90 faiz təşkil edəcək.


Fevralın 17-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar,  qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, güclü qərb küləyi əsəcək.


Havanın temperaturu  gecə 2-5, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.

 

Tibbi-meteoroloji proqnoz - Fevralın 17-18-də  Abşeron  yarımadasında güclü küləkli və yağıntılı hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əlverişsizdir.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu