YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəalları “Nizami Gəncəvi İli”nə həsr olunmuş videoçarx təqdim ediblər.
Modern.az xəbər verir ki, dünyaşöhrətli şairin irsinə müraciət edən gənclər onun “Sənsiz”qəzəlini səsləndiriblər. Ən maraqlısı isə gənc partiya fəalları məşhur qəzəlin beytlərini Nizami Gəncəvinin tünd qırmızı qranitdən ucaldılmış əzəmətli Məqbərəsinin, “Xəmsə”sinin adı verilən 5 möhtəşəm kitab-abidənin önündə söyləmələri olub.
Gənclər videoçarxı sosial şəbəkə hesablarında paylaşmaqla Nizami Gəncəvinin irsinin öyrənilməsinə, təbliğinə öz töhfələrini veriblər.