Modern.az

Ali məktəblərdəki boş yerlərə və kolleclərə qəbul olanların adları açıqlandı

Ali məktəblərdəki boş yerlərə və kolleclərə qəbul olanların adları açıqlandı

Təhsil

24 Avqust 2012, 16:54



Tələbə Qəbulu üzrə Dövlət Komisiyası (TQDK) 2012/2013-ci tədris ili üçün ali təhsil müəssisələrinin boş qalan yerləri üzrə və tam orta təhsil bazasında orta ixtisas müəssisələrinə keçirilən müsabiqənin nəticələrini açıqladı. Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Komisiyadan bildirilib ki, müsabiqənin nəticələri artıq TQDK-nın rəsmi internet saytında yerləşdirilib  - //tqdk.gov.az/Ali2012im/

Qeyd edək ki, Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılıb.

TQDK-dan bildirilib ki, müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan yerlərinə  451 nəfər qəbul olub.

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbulun nəticələri aşağıdakı cədvəldə verilib:

 

Qəbul olub

İxtisas qrupu

Azərbaycan bölməsi

Rus bölməsi

Bölmələr üzrə cəmi

I

132 (1)

44 (0)

176 (1)

II

0 (0)

0 (0)

0 (0)

III

202 (0)

39 (0)

241 (0)

IV

25 (2)

9 (1)

34 (3)

Qruplar üzrə cəmi

359 (3)

92 (1)

451 (4)

Tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 8527 nəfər qəbul olub.

Tam orta orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri aşağıdakı cədvəldə verilib: 

 

 

Qəbul olub

 

İxtisas
qrupu

Plan

Azərbaycan bölməsi

Rus bölməsi

Bölmələr üzrə cəmi

Qəbulolma faizi

I

6182

5885

286

6171

99.82

II

1764

1611

116

1727

97.90

III

781

623

6

629

80.54

Qruplar üzrə cəmi

8727

8119

408

8527

97.71

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olanların siyahısı  “Abituriyent” jurnalının 8-ci sayında, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 9-cu sayında dərc olunub.

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olan abituriyenləravqustun 27-dən sentyabrın 5-dək, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar da həmin müddətdə-avqustun 27-dən sentyabrın 5-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi