Modern.az

Türkiyədə məscidin minarəsi güclü küləyə dözmədi - VİDEO

Türkiyədə məscidin minarəsi güclü küləyə dözmədi - VİDEO

Aktual

17 Fevral 2021, 21:36

Türkiyənin Dənizli şəhərinin Pamukkale ilçəsində şiddətli külək ətrafdakı tikililərə ciddi zərər verib.

 

Modern.az "Haber Global"a istinadla xəbər verir ki, evlərin damlarını uçuran və ağacları yerindən qoparan külək məhəllədəki Böyük Məscidə də xətər yetirib. Belə ki, məscidin minarəsinin konusu “təbiətin şıltaqlığı” qarşısında tab gətirməyərək aşıb.

 

İbadət evinin ətrafında lazımi təhlükəsizlik tədbirləri görülüb.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu