Tovuzda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Aşağı Əyyublu kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik maşını kənd sakini, 1987-ci il təvəllüdlü Nağıyeva Gülbəniz Sabir qızını vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır (apa).