Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı barədə açıqlama verib.
Modern.az xəbər verir ki, açıqlamada söhbətin detalları məlum olub.
“Görüşümüzdə ikitərəfli münasibətlərlə yanaşı, həm də regional məsələləri dəyərləndirdik.
Cənab Putinə dedim ki, Qarabağda əldə olunmuş atəşkəsi qorumaq üçün birgə səylər göstərmək lazımdır və Ağdamdakı ortaq mərkəz sülhün qorunması üzrə öhdəliyini uğurla yerinə yetirir.