Modern.az

Azərbaycan nefti son iki ilin rekordunu vurdu

Azərbaycan nefti son iki ilin rekordunu vurdu

Aktual

19 Fevral 2021, 10:50

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 18-də 64,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,55 dollar/barel çoxdur.

 

Bu barədə Modern.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,54 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,55 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,66 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,5 dollar/barel çoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu