Modern.az

Bərdədə cibgir saxlanıldı

Bərdədə cibgir saxlanıldı

Aktual

19 Fevral 2021, 11:55

Bərdə şəhər sakini M.Məmmədov fevral ayının 16-da Bərdə RPŞ-yə ərizə ilə müraciətində naməlum şəxs tərəfindən cibindən 680 manat pulunun oğurlanması barədə məlumat verib.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a bildirilib ki, məlumatla əlaqədar polis əməkdaşları müvafiq tədbirlər yerinə yetirib.

 

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cibgirlik əməlini törətməkdə şübhəli bilinən Bərdə şəhər sakini Elxan Hacıyev saxlanılıb.

 

Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu