Modern.az

Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı

Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanıldı

Aktual

19 Fevral 2021, 14:00

Bakı şəhərində sərnişin avtobuslarinda cibgirlik edən şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinaytləri etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tərlan Babayev tutulub.

 

Araşdırma zamanı onun əsasən insanların avtobusda və dayanacaqlarda sıx olduğu vaxtlarda həmin nəqliyyat vasitələrinə sərnişin kimi daxil olaraq oğurluqlar etdiyi məlum olub. Polis idarəsində saxlanılan şəxsin üzərinə baxış zamanı cibgirlik yolu ilə ələ keçirdiyi mobil telefonlar və 1 büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

 

T.Babayev barəsində Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

 

"Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis orqanlarına və ya DİN-in 102 xidmətinə məlumat verə bilərlər", - Mətbuat xidmətindən bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu