Modern.az

İranda zirvə toplantısı başladı

İranda zirvə toplantısı başladı

26 Avqust 2012, 17:45

İranın paytaxtı Tehranda Qoşulmama hərəkatına üzv ölkələrin XVI sammiti öz işinə başlayıb. Modern.az Fars xəbər agentliyinə istinadən xəbər verir ki, hazırda Zirvə toplantısına qatılan mütəxəssislərin iştirakı genişmiqyaslı müzakirələr aparılacaq. Bildirilib ki, sammitdə iştirak edəcək ölkələrin xarici işlər nazirləri artıq Tehrana gəliblər. Həmçinin Zirvə toplantısında BMT baş katibi Pan Gi Mun da iştirak edəcək. Ümumilikdə isə sammitdə 80-dən çox ölkənin nümayəndəsinin iştirak edəcəyi bildirilib.Sammitə Qatar və Küveyt əmirlərinin də qatılacağı gözlənilir.

Qeyd edək ki, sammit avqustun 31-dək davam edəcək. Qoşulmama Hərəkatı 118 dövlətin daxil olduğu beynəlxalq təşkilatdır. Bu zamana kimi Hərəkatına üzv ölkələrin başçıları səviyyəsində 14 sammit keçirilib.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi