Modern.az

İranda daha 77 nəfər koronavirusdan öldü

İranda daha 77 nəfər koronavirusdan öldü

Aktual

19 Fevral 2021, 14:57

İranda ötən sutka ərzində 77 nəfər koronavirusdan (COVID-19) ölüb.

 

Modern.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

 

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 59341nəfərə yüksəlib.

 

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8017 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1558159 nəfərə çatıb. Virus daşıyıcılarından 3669  nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1331162 nəfər koronavirusdan sağalıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu