Modern.az

Azərbaycanda asbest şiferin satışı bərpa edilib, lakin qiyməti bahalaşıb

Azərbaycanda asbest şiferin satışı bərpa edilib, lakin qiyməti bahalaşıb

26 Avqust 2012, 22:37

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupu tərəfindən Bakı şəhərinin müxtəlif rayonları üzrə inşaat materialları bazarının əsas çəkisini təşkil edən 37 adda 87 növdə tikinti materialının növbəti araşdırılması aparılıb. Birlikdən Modern.az-a verilən məlumata görə, tikinti materialları bazarında aktivlik və satış həcmi mövsümi amillərlə əlaqədar olaraq daha dinamik olub, orta bazar qiymətlərində artım müşahidə edilib.

Ötən aylarda Rusiyadan idxal edilən asbest şiferin idxalına və satışına qoyulan məhdudiyyətlər aradan qaldırılıb, lakin 27,1% bahalaşaraq satışa çıxıb. Belə ki, ilin əvvəlində şiferin qiyməti 5,35 manat təşkil edirdisə, son ayda bu göstərici 6,80 manata çatıb.

Kəskin bahalaşma müşahidə edilən digər tikinti materialı “Gilan Holdinq”in istehsal etdiyi alçıpan materialları ilə bağlı olub. Ötən ayda 9,5 mm-lik 9,30 manata satılan alçıpan indi 11,50 manata, 12,5 mm-lik 11,6 manata satışa çıxarılan alçıpan isə 13,50 manata təklif edilib. Qiymət bahalaşması ilə yanaşı, bu tikinti materialının aksessuarsız satılmaması kimi məhdudiyyətlər isə həm sahibkarların, həm də alıcıların narazılığına səbəb olub.

Rusiyanın taxta materiallarının idxalında yaranan qıtlıq bu materialın da qiymətinə təsirsiz ötüşməyib. Ötən ayda 1 kub metri 220 manat təklif edilən rəndələnməmiş şam ağacı taxtasının qiyməti 2,3% artaraq 225 manata bərabər olub.

Zaqatalada baş verən təbii fəlakətdən sonra bu rayonda gedən tikinti-quruculuq işləri ilə əlaqədar mişar daşı istehsal edən daş karxanalarında qıtlıq yaransa da, bu məhsulun qiymətinə təsir etməyib.

Digər materiallar üzrə satış qiymətləri cüzi dəyişikliklərlə ötən ayda olduğu kimi davam edib, nəticədə araşdırılan 87 növ məhsul üzrə qiymət fərqi orta hesabla 0,14% artımla qeyd olunub.

Beləliklə, qiymət dəyişikliyi (artım) müşahidə edilən tikinti materiallarının siyahısı aşağıdakı formada qeydə alınıb:

Taxta

+2,3

Şüşə

+0,4

Künyə

+3,2

Alçıpan

+16,8

Şifer  

+27,1

 

 

Qiymət azalması qeyd edilən tikinti materialları isə aşağıdakı cədvələ uyğun olub:

Rusiya armaturu

-0,2

Mismar

-0,1

Dəmir təbəqə

-0,5

Üzlük daş

- 0,3

Digər tikinti məhsullarının qiymətlərində cüzi dəyişmələr baş verib.

Qeyd edildiyi kimi, 2012-ci ilin iyul ayında bazarda müşahidə edilən orta qiymət iyun ayı ilə müqayisə 0,14% artım ilə yadda qalıb. İlin əvvəli ilə müqayisədə bu qiymət fərqi 1,2%, ötən ilin müvafiq dövrünə nisbətdə isə 2,2% azalma təşkil edib.

Аrаşdırılаn məhsullаr üzrə rеspublikаmızdа istеhsаl оlunаn mаllаrın ümumi qiymət portfelində bazar pаyı 53,6% təşkil еdib ki, bu göstərici idxal məhsullarını 1,15% üstələyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər