Modern.az

Mədə qıcqırmasının qarşısını almaq üçün faydalı MƏSLƏHƏTLƏR

Mədə qıcqırmasının qarşısını almaq üçün faydalı MƏSLƏHƏTLƏR

Aktual

20 Fevral 2021, 09:42

Mədə qıcqırmasının qarşısını almaq üçün faydalı məsləhətlər.

-Az-az və tez- tez yemək yemək.


-Acı, yağlı və qızardılmış yeməklərdən, alkohollu, turş və qazlı içkilərdən, sarımsaq, çiy soğan, şokolad, qəhvə, tünd çay qəbulunu məhdudlaşdırmalı


-Yeməkdən sonra əyilib iş görməmək

-Axşam yeməyini yatmazdan 2-3 saat əvvəl qəbul etmək


-Çarpayının baş hissəsini 10 sm qaldırmaq


-Qarın nahiyəsini kəmərlər, korset və bandajlar taxmamaq


Reseptlər:


Kartof şirəsi:


1 ədəd çiy kartofun şirəsi çəkilir və səhər acqarına qəbul edilir


1-2 xörək qaşığı kartof şirəsi yeməkdən yarımsaat əvvəl qəbul edilir.


Toxum qarışığı:


Bərabər miqdarda razyana, bostan şüyüdü, cirə toxumları qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 1 stəkan qaynar suda 20 dəqiqə dəmlənir, hər gün 1-2 stəkan süzülmüş dəmləmə kiçik qurtumlarla içilir.


Bitki qarışığı:


Hərəsindən 1 xörək qaşığı dazıotu, bağayarpağı və çobanyastığı çiçəkləri qarışdırılır, üzərinə 2 stəkan qaynar su əlavə edilərək 2 saat dəmlənir. Süzüldükdən sonra gündə 2-3 dəfə yeməkdən əvvəl yarımstəkan qəbul edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal