Modern.az

AZAL 18-23 yaşlı xoşagəlimli qızlar axtarır

AZAL 18-23 yaşlı xoşagəlimli qızlar axtarır

27 Avqust 2012, 10:27

 

Bu il avqust ayının 27-dən sentyabr ayının 1-dək saat 10.00-dan 17.00-a qədər “Azərbaycan Hava Yolları” QSC-nin təyyarə bələdçisi vəzifəsinə sənədlərin qəbulu elan edilib.

Namizədlər müsabiqə yolu ilə seçiləcək.

 “Azərbaycan Hava Yolları” QSC-nin  elanı maraqlıdır. Modern.az xəbər verir ki, AZAL-ın elanında bildirilir ki, müsabiqədə yalnız 18 yaşından 23 yaşınadək, boyu 165 sm-dən aşağı olmayan, Azərbaycan, rus və ingilis dillərində sərbəst danışmağı bacaran, xarici görünüşü xoşagəlimli olan qızlar iştirak edə bilərlər.

Müsabiqədə iştirak üçün şəxsiyyət vəsiqəsi, bir fotoşəkil (3x4), xarici pasport və diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa) tələb olunur.

Modern.az 

 
Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər