Modern.az

Nazirlik 318 müəllimi işə qəbul etdi

Nazirlik 318 müəllimi işə qəbul etdi

27 Avqust 2012, 10:45

21-24 avqust tarixlərində ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş Azərbaycan dili və ədəbiyyat imtahanının nəticələri məlum olub. Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, imtahanın nəticələrinə əsasən, 318 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi işə qəbul edilib.

Onu da qeyd edək ki, avqustun 24-də boş qalan və imtina olunan yerlərə əlavə yerləşdirmənin nəticələrinə görə, 199 nəfər müəllim işə qəbul olunub.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi