Avqustun 24-də “London-2012” Yay Olimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançılarının mükafatlandırılma mərasimində onlara iki mükafat verilib. Bunu Modern.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib. O, bildirib ki, mərasimdə qaliblərə həm ölkə prezidentinin, həm də Milli Olimpiya Komitəsinin ayırdığı pul mükafatları təqdim olunub.
Xatırladaq ki, qızıl medala görə, prezident mükafatı 400 min manat, gümüşə görə 200 min, bürüncə görə isə 100 min manat təşkil edib. Azərbaycanın Milli Olimpiya Komitəsi isə ən yüksək əyarlı mükafatı 200 min, gümüşü 100 min, bürüncü isə 50 min manat məbləğində qiymətləndirib.
Aytən Əliyeva