Avqustun 28-də Milli Kitab Mükafatına (MKM) start veriləcək. Bu haqda Modern.az-a MKM-in təşəbbüsçüsü, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli məlumat verib. Onun sözlərinə görə, sabah müsabiqə ilə bağlı keçirilən tədbirdə layihədə yer tutan yeniliklər ilə bağlı məlumat veriləcək.
Qeyd edək ki, bir müddət öncə N. Köçərli müsabiqənin iki ildən bir keçiriləcəyini bildirib. “Belə bir qərar qəbul etdik ki, Milli Kitab Mükafatı (MKM) hər iki ildən bir keçirilsin. Məncə, bu daha yaxşı olar və cəmiyyətində bu mükafata daha çox marağı oyada bilərik”.