Modern.az

Gürcüstanda parlament qarşısında polislə qarşıdurma

Gürcüstanda parlament qarşısında polislə qarşıdurma

Aktual

21 Fevral 2021, 16:38

Paytaxt Tbilisidə parlament binası önündə hüquq-mühafizə orqanları ilə vətəndaş fəalları arasında fiziki qarşıdurma yaşanıb.

 

Modern.az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, hadisə zamanı bir neçə nəfərin polis tərəfindən saxlanıldığı bildirilir. Məlumata əsasən, etirazçılar parlamentin önündə çadır qurmaq istəyiblər polis isə onların bu isdəyinə qarşı çıxıb.

 

Nəticədə hüquq-mühafizə orqanları ilə vətəndaş fəalları arasında fiziki qarşıdurma yaşanıb. Hazırda hadisə yerində vəziyyət gərgin olaraq qalır, əraziyə çox sayda polis cəlb olunaraq təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Xatırladaq ki, etirazçılar növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal