Modern.az

Göyçayda baş verən yol qəzasında 2 azyaşlı da xəsarət aldı

Göyçayda baş verən yol qəzasında 2 azyaşlı da xəsarət aldı

Aktual

21 Fevral 2021, 17:36

Göyçayda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə günorta saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 200 kilometrliyində, rayonun Qarayazı kənd ərazində qeydə alınıb.

 

Göyçay rayon Bəydövül kənd sakini idarə etdiyi minik maşını ilə Göyçaydan Qarəməryam istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşın yol kənarında olan su kanalına aşıb.

 

Qəza nəticəsində yararsız hala düşmüş maşında sürücü ilə bərabər 6 nəfər sərnişin də müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal təcili tibbi yardım avtomobili ilə Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb.

 

Qeyd edək ki yaralıların ikisi azyaşlı uşaqdır.

 

Faktla bağlı Yol polisi tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal