Batumi-Kobuleti dolama yolunda iki avtomobilin toqquşması nəticəsində ağır qəzası hadisəsi baş verib.
Modern.az yerli medialara istinadən xəbər verir ki, hadisə zamanı üç nəfər yaralanıb. Məlumata əsasən, yaralı şəxslər təcili yardım briqadası tərəfindən klinikaya aparılıb və hazırda vəziyyətləri orta ağır qiymətləndirilir.
Hadisə yerinə polis gələrək 276 -cı maddə ilə istintaq başladıb. Sözügedən maddə insan sağlamlığına ciddi və ya az ağır zərər vuran yol hərəkəti qaydalarının pozulmasını nəzərdə tutur.