Modern.az

“Gilan-Holdinq”in zavodunda güclü yanğın - FOTOLAR

“Gilan-Holdinq”in zavodunda güclü yanğın - FOTOLAR

Təhsil

27 Avqust 2012, 13:47

Modern.az saytı xəbər verir ki, bir qədər öncə Lənkəran şəhərində “Gilan-Holdinq” Şirkətlər Qrupuna məxsus Konserv zavodunda güclü yanğın baş verib. Əməkdaşımızın məlumatına görə, yanğısöndürmə briqadasının hadisə yerinə gec gəlməsi alovun bütün zavodu bürüməsinə səbəb olub. Nəticədə zavodun böyük bir hissəsi tamamilə yanıb.

Zavodun bütün plastik divarları yanıb. Yanğın davam edir. Ətrafı qatı tüstü bürüyüb. Əməkdaşımızın məlumatına görə, zavodun söndürülməsi üçün yanğınsöndürən maşınları gözə dəymir..

Qeyd edək ki, “Gilan-Holdinq” Şirkətlər Qrupuna məxsus bu Konserv zavodu 2010-cu ildə istifadəyə verilib. Ümümi sahəsi 10 ha olan bu zavodda konserv məhsuları istehsal olunur.

***

Son məlumata görə, Fövqəladə Hallar Nazirliyi Lənkəran Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi ilə məşğuldurlar. Lənkəran şəhər İcra Hakimiyyətinin məsul şəxsləri də olay yerinə gəliblər. Lənkəran şəhər İcra Hakimiyyətinin fövqəladə hallar komissiyasından bildiriblər ki, ilkin məlumata görə, yanğın zavodun soyuducu anbarından başlayıb. Xəsarət alan şəxslərin olmadığı bildirilib.

***

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, avqustun 27-də Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən konserv zavodunda yanğın olub. Yanğın nəticəsində zavodun 350-400 kv.m sahədə dam örtüyü və anbarın yanar konstruksiyaları, anbarda olan tara və plastik qablar yanıb. Zavodun inzibati binası, istehsalat sexləri və ətraf tikililər yanğından mühafizə olunub. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Hadisə yerindən çəkilən fotolar:



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi