Modern.az

Lionel Messidən yeni rekordlar

Lionel Messidən yeni rekordlar

Aktual

21 Fevral 2021, 21:07

Lionel Messi “Barselona” forması ilə La Liqada 506-cı oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, “Kamp Nou”da “Kadiz”ə qarşı oyuna çıxan Messi “Barselona”nın keçmiş yarımmüdafiəçisi Xavinin İspaniya çempionatında ən çox oyun (505) rekordunu qırıb.

 

Hazırda Kataloniya klubunda 761-ci dəfə forma geyinən Lionel Messi daha 6 oyunda iştirak etsə, Xavinin “Barselona” tarixində ən çox oyun rekordunu (767 oyun) yeniləyəcək.

 

Qeyd edək ki, “Kadiz”lə oyunda “Barselona”nın yeganə qolunun müəllifi olan Lionel Messi bu qolla da rekord vurub. Belə ki, bu, Messinin La Liqada 73-cü 11 metrlik zərbəsi olub. O, “Real Madrid”in keçmiş hücumçusu Kriştiano Ronaldonu (72) arxada qoyub.

 

Eyni zamanda Messi “Kadiz”ə qarşı oyunda fərqlənməklə qol vurduğu ispan komandaların sayını 38-ə çatdırıb. Argentinalı hücumçu həmçinin klub karyerasında 81-ci rəqibə qol vurub. O, bu göstəricilərlə də şəriksiz liderdir.

 

Qeyd edək ki, “Barselona” – “Kadiz” qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb.

 

Xatırladaq ki, Lionel Messi "Barselona" forması ilə 761 oyunda 655 qol vurub.

 

T.İSMAYIL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal