Tovuzda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə “Tovuz Park”ın qarşısında qeydə alınıb.
Hərəkətdə olan “VAZ” markalı minik maşını digər minik maşını ilə toqquşub.
Qəza zamanı 1986-cı il təvəllüdlü Məmmədov Məqsəd Sabir oğlu vəfat edib. Üç nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.