Modern.az

Gədəbəy sakini ovda dostunu güllələdi

Gədəbəy sakini ovda dostunu güllələdi

21 Fevral 2021, 22:00

Gədəbəy rayonunda ova gedən dostlardan biri digərini güllələyib.

 

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Modern.az-a bildirib ki, bu gün rayonun Miskinli kənd sakinləri - 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu və 1990-cı il təvəllüdlü Tağıyev Elnur Qurban oğlu birgə dovşan ovuna gediblər:

 

"Ov zamanı Elnur Tağıyev "TOZ 16" markalı qoşa lülə tüfənglə ehtiyatsızlıqdan atəş açaraq Qamət Fətullayevi ayağından yaralayıb".

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər