Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə axşam saatlarında rayon mərkəzində qeydə alınıb. Belə ki, rayonun Birinci Varlı kənd sakini, 1972-ci il təvəllüdlü Əhmədov Mahir Əliş oğlu yolu keçən zaman onu minik avtomobili vurub. Qəza nəticəsində piyada müxtəlif dərəcəli xəsarətlər alıb. M.Əhmədov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və Travmotologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır (report).