Modern.az

İsraildə peyvənd olunanlara barda pulsuz içki verilir - FOTO

İsraildə peyvənd olunanlara barda pulsuz içki verilir - FOTO

Aktual

21 Fevral 2021, 23:05

Tel-Əvivdəki “Jenia” barında maraqlı aksiyaya start verilib.

 

Modern.az xarici mediaya istinadla xəbər verir ki, bardakı tibb məntəqəsində koronavirus peyvəndi vurduran ziyarətçilərə pulsuz içki təqdim edilir.

 

Qeyd olunur ki, fevralın 18-də adıçəkilən barda  “Pfizer CoViD-19” peyvənd məntəqəsi fəaliyyətə başlayıb.

 

Bu addım mümkün qədər çox sakini vaksinasiyaya cəlb etmək və barın müştərilərini artırmaq məqsədilə atılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal