Modern.az

“Mançester Siti”dən növbəti qələbə

“Mançester Siti”dən növbəti qələbə

Aktual

21 Fevral 2021, 23:18

"Mançester Siti" İngiltərə Futbol Çempionatının 25-ci turunda səfərdə "Arsenal"ı 1-0 məğlub edib.

 

Modern.az xəbər verir ki, matçda yeganə qolu 2-ci dəqiqədə Rahim Sterlinq vurub.

 

Beləliklə, "Mançester Siti" müxtəlif turnirlərdə ardıcıl 18 qələbə qazanıb. Həmçinin "Mançester Siti" məğlubiyyətsiz seriyasını 25 oyuna qədər uzadıb.

 

Turnir cədvəlində komanda 59 xal qazanaraq liderliyini davam etdirir, o ikinci yerdə olan "Lester" komandasını 10 xal qabaqlayır.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal