Ağ Evin “Youtube” kanalındakı hesabında şərh bölümü deaktiv edilib.
Modern.az TASS-a istinadən xəbər verir ki, istifadəçilər Ağ Evin yerləşdirdiyi məlumatlara münasibət bildirmək imkanlarını itiriblər.
Bu qərarı tərəflərdən kimin verdiyi açıqlanmayıb. Ağ Ev öz növbəsində yaranmış vəziyyətlə bağlı münasibət bildirməyib.