İranın paytaxtı Tehranda keçiriləcək Qoşulmama Hərəkatının zirvə toplantısında Azərbaycanı Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyev təmsil edəcək. Bu barədə Modern.az-a XİN-in mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, avqustun 28-29-da Qoşulmama Hərəkatının Tehran Zirvə Toplantısı çərçivəsində keçirilməsi nəzərdə tutulan Xarici İşlər Nazirlərinin iclasında iştirak edəcək Azərbaycan nümayəndə heyətinə XİN-nin xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyev başçılıq edəcək.
Modern.az