Modern.az

Azərbaycanda Analar günü bayramı təsis olunmalıdır

Azərbaycanda Analar günü bayramı təsis olunmalıdır

1 Fevral 2010, 14:34

"Dünyanın bir çox ölkələrində martın 8-i Beynəlxalq Qadınlar Bayramı günü kimi qeyd olunmur. Düşünürəm ki, Azərbaycanda da ayrıca Analar günü bayramının təsis olunmasına ehtiyac var". Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin fevralın 1-dəki iclasında deputat Elmira Axundova çıxış edib. E.Axundovanın sözlərinə görə, Analar günü bayramı hər aprelin 28-də qeyd oluna bilər: “Həmin gün akademik Zərifə Əliyeva anadan olub. Məncə Analar günü bayramı da həmin gün qeyd oluna bilər". Deputatın fikrincə, əgər Analar günü bayramı təsis olunarsa, bu zaman martın 8-nin də bayram kimi qeyd olunmasına ehtiyac qalmayacaq: “Belə ki, Analar günü bizim milli bayramımız olacaq və düşünürəm ki, həmin gün istirahət günü də elan edilməlidir".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu