Modern.az

Yalçın Rzazadə Lənkəranda dəfn olunacaq

Yalçın Rzazadə Lənkəranda dəfn olunacaq

Aktual

23 Fevral 2021, 10:52

Ötən gün vəfat edən Azərbaycanın Xalq artisti Yalçın Rzazadənin dəfn ediləcəyi yer məlum olub.

 

Modern.az xəbər verir ki, mərhumun oğlu Orxan Rzazadə mətbuata açıqlamasında bildirib ki, Xalq artisti Lənkəran rayonu, Liman "Port İliç" qəsəbəsində torpağa tapşırılacaq.

 

Mərhumun cənazəsi bu gün saat 12:00-da yaşadığı mənzildən götürüləcək və Lənkərana aparılacaq.

 

Qeyd edək ki, Y.Rzazadə fevralın 22-də uzun sürən xəstəlikdən 74 yaşında dünyasını dəyişib.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal