Modern.az

SOCAR dənizdəki işlərini dayandırdı 

SOCAR dənizdəki işlərini dayandırdı 

Aktual

23 Fevral 2021, 11:29

“Küləkli havanın gözlənilməsi ilə əlaqədar olaraq istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib”.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildriib.

 

İ.Əhmədov qeyd edib ki, açıq səthlərdə aparılan işlər dayandırılıb:

 

“İdarə aparatında və sahələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub. İndiyə qədər 45 əməkdaş dəniz özülləri arasında daha təhlükəsiz yerlərə köçürülərək, əsasən Neft Daşlarına gətirilib”.

 

Qeyd edək ki, fevralın 23-ü axşamdan Xəzər dəniz akvatoriyasında – Bakıda və Abşeron yarımadasında Şimal-Qərb, Şimal küləyinin 18-23 m/s-dək, arabir 25-30 m/s-dək, fevralın 24-də isə yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, çovğun olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi ehtimal edilir. Dənizdə dalğanın hündürlüyünün 2,0-4,0 metrə, sonrakı inkişafda 5,5-7,5 metrə çatacağı gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal