Bu günə qədər C.Naxçıvanski adına Hərbi Liseyi 12 mindən çox məzun bitirib.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Bəkir Orucov deyib.
Onun sözlərinə görə, liseyin 20-dən artıq məzunu general rütbəsinə çatıb.
General-mayor bildirib ki, Azərbaycanın Milli Qəhrəmanlarından 11 nəfəri C.Naxçıvanski adına Hərbi Liseyin məzunu, 1 nəfər isə hərbi liseyin zabiti olub:
“Bu qəhrəmanların adları Azərbaycanın hərb tarixinə əbədi həkk olunub”.