Modern.az

Soydaşlarımız  qazilərimizə əlil arabası göndərdilər - FOTOLAR

Soydaşlarımız  qazilərimizə əlil arabası göndərdilər - FOTOLAR

23 Fevral 2021, 17:42

Xaricdə yaşayan soydaşlarımız 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimizin ailə üzvlərinə və yaralı hərbi qulluqçularımıza dəstək aksiyalarını davam etdirirlər. 

 

Modern.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Rusiya Federasiyasının Primorye diyarında yaşayan Azərbaycan diasporu adından Vətən müharibəsi dövründə sağlamlığını itirmiş qazilərə 566 ədəd əlil arabası göndərilib.

 

Göndərilən əlil arabalarından 60-ı Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi vasitəsi ilə Naxçıvana yola salınıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal