Modern.az

Ermənistanın ziyan vurduğu 6  minə yaxın ailəyə yardım göstərilib

Ermənistanın ziyan vurduğu 6  minə yaxın ailəyə yardım göstərilib

23 Fevral 2021, 18:42

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə vurduğu ziyana görə ödənilən yardımın verilməsi ilkin siyahı üzrə başa çatdırılıb.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Hökumət rəsmisinin sözlərinə görə, indiyə qədər ilkin siyahı üzrə -  5 914 ailəyə ilkin yardım verilib:

 

"Bu siyahıdan yalnız xaricdə olanlar və sənədləri düzəliş prosesində olan vətəndaşlar qalıb".

İ.Məmmədov deyib ki, əlavə texniki baxışın və müraciətlərin araşdırılması nəticəsində daha 5 mindən artıq ailəyə də ilkin yardım verilməsi nəzərdə tutulur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal