Modern.az

UEFA-dan əvəzetmələrlə bağlı vacib qərar

UEFA-dan əvəzetmələrlə bağlı vacib qərar

23 Fevral 2021, 20:29

Oyun vaxtı beyin silkələnməsi keçirən futbolçunun yerinə, əvəzetmə sayından asılı olmayaraq, yeni oyunçu daxil ola biləcək.

 

Modern.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, bununla bağlı qərar UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

 

Yeni qərar sınaq məqsədilə ilk dəfə 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Macarıstanda və Sloveniyada (2019-2021) təşkil ediləcək Avropa çempionatının final mərhələsində tətbiq olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal