Modern.az

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin zirvə görüşü keçiriləcək

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin zirvə görüşü keçiriləcək

23 Fevral 2021, 21:33

“Bu, xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşüdür. Bu il Türkmənistanda keçirilməsi nəzərdə tutulan üç ölkənin dövlət başçılarının zirvə görüşünün hazırlıqlarını müzakirə etdik və bu zirvə görüşü ilə bağlı yol xəritəsini müəyyənləşdirdik”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

Onun sözlərinə görə, nazirlər arasında görüş zamanı həmçinin, Əfqanıstan, terrorla mübarizə, bölgə və dünyada baş verən proseslər diqqət mərkəzində olub.

 

Qeyd edək ki, fevralın 23-də Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun iştirakı ilə üçtərəfli görüş keçirilib. Daha sonra nazirlərin birgə mətbuat konfransı təşkil edilib.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal