Modern.az

İtaliya klubunun futbolçusu 21 yaşında vəfat etdi

İtaliya klubunun futbolçusu 21 yaşında vəfat etdi

23 Fevral 2021, 21:57

İtaliya "Atalanta"sının futbolçusu Villi Ta Bi dünyasını dəyişib.

 

Modern.az klubun tvitter səhifəsinə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin ölümünə onkoloji xəstəlik səbəb olub.

 

Kot d İvuardan olan oyunçu bir müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi. O, ömrünün son aylarını vətənində keçirib.

 

Qeyd edək ki, Villi Ta Bi ölkəsinin "ASEK Mimozas", "Mussu" klublarında, həmçinin İtaliyanın "Peskara" komandasında da çıxış edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal