Ehtiyatsızlıqdan öz maşınının altında qalaraq komaya düşən Gədəbəy sakini xəstəxanada dünyasını dəyişib.
Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, 60 yaşlı Qara Murad kənd sakini Lətif Ələsgərovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, mərhum şəkər xəstəliyindən əziyyət çəkirmiş.
***
Gədəbəydə bədbəxt hadisə baş verib.
Modern.az xəbər verir ki, hadisə rayonun Qara Murad kəndin qeydə alınıb.
Kənd sakini, 1961-ci il təvəllüdü Ələsgərov Lətif Qəşəm oğlu özünə məxsus “QAZ 24” markalı avtomobilin altında qalaraq xəsarət alıb.
Dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. 60 yaşlı kənd sakini şəkər xəstəsi olduğundan komaya düşüb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır (apa).