Modern.az

Almaniyada havanın temperaturu rekord dərəcədə artdı

Almaniyada havanın temperaturu rekord dərəcədə artdı

23 Fevral 2021, 23:11

Almaniyada bir həftə ərzində havanın temperaturu rekord dərəcədə artıb - ölkənin bir sıra bölgələrində artım 40 dərəcəni ötüb.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın Metereologiya Xidmətindən bildiriblər.

 

Məlumata əsasən, Qöttinqen şəhərində fevralın 14-ü havanın temperaturu 23,8 dərəcə şaxta olmasına baxmayaraq, artıq fevralın 21-i (bir həftə ərzində) havanın temperaturu 41,9 dərəcə artaraq 18,1 dərəcə istiyə qalxıb.

 

Bildirilir ki, Almaniyada son dəfə bir həftə ərzində havanın temperaturunun artması ilə bağlı rekord 1880-ci ildə qeydə alınıb (bir həftə ərzində havanın temperaturu 41 dərəcə artıb).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal