Modern.az

Şəmkir sakini arvadını döydü, dostunu isə bıçaqladı

Şəmkir sakini arvadını döydü, dostunu isə bıçaqladı

23 Fevral 2021, 23:44

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, 1993-cü il təvəllüdlü Siyavuş Pənahov arvadı, 1995-ci il təvəllüdlü Gülşən Pənahovanı qısqanclıq zəminində döyüb və ona küt alətlə xəsarət yetirib. 

 

S.Pənahov daha sonra dostu, 1996-cı il təvəllüdlü Misafi Cəfərova çoxsaylı bıçaq xəsarətləri yetirib.

 

Misafi Cəfərov qarının kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır (apa).

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal