Modern.az

Bakının bu yollarında avtobusların hərəkəti iflic oldu - SİYAHI

Bakının bu yollarında avtobusların hərəkəti iflic oldu - SİYAHI

Aktual

24 Fevral 2021, 11:25

Hazırda Bakıda bəzi yollarda meteoloji amillər səbəbindən nəqliyyat vasitələrinin, o cümlədən də sərnişin avtobuslarının hərəkətində çətinliklər var.


Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, bəzi istiqamətlərdə avtobuslar hərəkət sxemi üzrə tam hərəkət edə bilmir.


Bu ərazilər aşağıdakılardır:

Yeni Yasamal (M.Xiyabani və Ə.Əhmədov küçələri)

Günəşli

Hövsan

Şüvəlan

Binə

Badamdar

Xırdalan

Müşfiqabad

Mehdiabad

Digah

Masazır dairəsi

Kürdəxanı yolu

Məmmədli və Yanardağ yolu

Biləcəri enişi

Xutor adlanan ərazidən Azadlıq prospekti istiqaməti

Baksol yolu

Zığ yolu

Salyan şossesi

Bibiheybət yolu

Bakı dairəvi yol
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...