Fevralın 23 -dən 24 -nə keçən gündən Sumqayıt şəhər Təcili və Təxirə salınmaz Tibbi Yardım stansiyasına və Təcili yardım xəstəxanasına çağırışlarda artım olmayıb.
Bunu Modern.az-a Sumqayıt Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova bildirib.
Abşeron RMX nın baş həkimi Mehriban Qaralovanın saytımıza açıqlamasına görə, məlumatına əsasən də Rayon Mərkəzi Xəstəxanasının Təcili və Tibbi yardım şöbəsinə də çağırılşarda artım qeydə alınmayıb. Onun sözlərinə görə, hava şəraitinin dəyişməsi ilə əlaqədar avtoqəza, travma hadisəsi ilə əlaqədar hələlik Sumqayıt və Abşeron rayonu Təcili tibbi yardım stansiyasına müraciət daxil olmayıb.