Modern.az

Ukrayna MDB-nin iki sazişindən İMTİNA ETDİ

Ukrayna MDB-nin iki sazişindən İMTİNA ETDİ

24 Fevral 2021, 15:54

Ukrayna MDB-nin aviasiya və hava məkanına dair sazişlərindən imtina edir. Bununla bağlı ölkə prezidenti Vladimir Zelenski fərman imzalayıb.
Modern.az xəbər verir ki, fərmana, əsasən, rəsmi Kiyev hava məkanından istifadə haqqında aktın fəaliyyətinə xitam verir.

Sazişlərdən biri 1991-ci ildə imzalanmış mülki aviasiya və hava məkanının istifadəsinə dair müqavilədir. 1992-ci ildə bağlanmış digər müqavilədə isə MDB-nin Silahlı Qüvvələrinin birliyə daxil olan ölkələrin hava məkanlarından istifadəsi yer almışdı. Ukrayna həm hərbi, həm də mülki aviasiya sazişlərini pozaraq vahid hava məkanından çıxmaq qərarına gəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...