Modern.az

Qənirə Paşayeva: "Bu bizi ciddi narahat edir..."

Qənirə Paşayeva: "Bu bizi ciddi narahat edir..."

Təhsil

28 Avqust 2012, 16:06

 

“Fransada son günlər baş verən hadisələr bizi narahat edir. Əslində isə bu hadisələrin başlanması bir neçə aylar öncəyə təsadüf edir”. Bunu Modern.az-a millət vəkili Qənirə Paşayeva deyib.

“Fransada son günlər baş verən hadisələr bizi narahat edir. Əslində isə bu hadisələrin başlanması bir neçə aylar öncəyə təsadüf edir”. Bunu millət vəkili Qənirə Paşayeva deyib.

Millət vəkili bildirib ki, Fransa Senatının tarixdə olmayan erməni soyqırımı iddiaları ilə bağlı qərarlar qəbul etməsi heç bir normaya sığmayan addım idi. Q.Paşayevanın sözlərinə görə, Azərbaycan, Türkiyə və dünyada olan türk milləti nümayəndələrinin təpkisi ilə Fransanın Konstitutusiya məhkəməsi bu qərarı ləğv etsə də sonradan müəyyən proseslər davam edib.

“Təbii ki, bu da bizi ciddi narahat edir. Artıq Fransa məktəblərində sözdə erməni soyqırımı iddialarını məktəb dərsliklərində tədris etməyə başlamaq istəyirlər. Məktəblərdə bu yalan tarix oxudularaq öyrədilən və böyüyən nəsil gələcəkdə hansı mədəniyyətlərarası dialoqda daha böyük rol oynaya bilər. Ona görə də bu məsələ bağlı bu tədbirdə təklif edərdim ki, Türk dövlətlərinin mətbuat və media qurumlarının təmsilçiləri olaraq, sizlər, ilk öncə Fransa KİV-nə, sonra isə bütövlükdə Avropa KİV-lərinə bunun nə qədər yanlış olduğunu və mədəniyyətlər və sivilizasiyalararası dialoqa deyil, gərginliyə xidmət edən addımlar olduğunu özündə əks etdirən müraciət edin və onları bu cür yanlış addımlara qarşı öz etiraz səslərini ucaltmağa çağırın”. Bu sözləri millət vəkili Qənirə Paşayeva bu gün "Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu" mövzusunda beynəlxalq seminarda iştirak edən Türk dövlətlərinin mətbuat və media qurumlarına təkliflə müraciət edib.

Q.Paşayeva qeyd edib ki, bu kimi addımlar mədəniyyətlər və sivilizasiyalararası dialoqa böykü zərbə vura bilər. Onun fikrincə, birinci bunlar yalandır və yalnışdır: “Heç bir zaman tarixdə türk milləti ermənilərə qarşı soyqırmı törətməyib. İkincisi bu kimi yalanların məktəblərdə öyrədilməsi, hansısa sorğuların keçirilməsi dialoqa mənfi zərər vuracaq. Bəzi Avropa ölkələrinin də məktəblərində öyrədilir ki, guya türklər ermənilərə qarşı soyqırım törədib. Orada böyüyən gənclik necə böyüyəcək?. Ona görə də bu ölkələrə də belə müraciətlər göndərilməlidir. Gerçək tarix öyrədilməlidir. Hər kəs gerçək tarixi öz məktəblərində öyrətsin. Amma yalan tarixi, kiminsə, hansısa siyasi qrupların, ölkələrin maraqlarına xidmət edən bir tarix uyduraraq onu məktəblərdə öyrədərsə, artıq gələcəkdə mədəniyyətlər və sivilizasiyalararası dialoqdakı gərginlikdən yox çatışmalardan necə çıxmağın yollarından danışmalı olacağıq”.


Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi